11 
okt
2024
11:21
46

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ərdoğan söz verdi: cəzalar sərtləşdirilir!

11 okt, 2024
11:21
446

Turkdunyasi.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
“Türkiyədə qadınlara qarşı zorakılıq ciddi problem olaraq qalır. Bu il 300-ə yaxın qadın qətlin qurbanı olub. Etirazçılar hakim Ədalət və İnkişaf Partiyasını qınayır, qadınların müdafiəsinin hökumətin prioritet vəzifəsi olmadığını iddia edirlər. Bu yaxınlarda ictimaiyyəti sarsıdan üç qətl xüsusilə rezonans doğurub. Müxtəlif şəhərlərdə cinayətkarların cəzasız qalmasına son qoyulması və zorakılığın dayandırılması tələbi ilə yürüşlər keçirilib. Ən sarsıdıcı hadisə isə 19 yaşlı İqbal Uzunərin başının kəsilməsi olub, qatil sonradan intihar edib. Həmin gün cinayətkar tərəfindən boğazı kəsilmiş daha bir qadın, Ayşənur Xəlil öldürülüb. Bundan bir neçə gün əvvəl, sentyabrda 26 yaşlı polis qadın öldürülüb. Ərdoğan AKP-nin parlament qrupunda çıxış edərək qadınların öldürülməsi, o cümlədən polisin şəhid olmasının cəmiyyətdə ədalətli reaksiya doğurduğunu deyib. O, cəzaları sərtləşdirəcəyini və məhkumların vaxtından əvvəl azad edilməsini dayandıracağını vəd edib”, - məlumatda deyilir.
Qeyd edək ki, Türkiyə 2021-ci ildə qadınlara qarşı zorakılıqla mübarizəni nəzərdə tutan İstanbul Konvensiyasından çıxıb. Ərdoğan o zaman bildirmişdi ki, Konvensiya ənənəvi ailə dəyərlərini təhdid edir. Çünki konvensiya LGBTQ+ hüquqlarını da qoruyur.

Bizimlə əlaqə saxlayın