23 
okt
2024
11:55

70
yuxarı
Quterreş Rusiyaya gəldi

23 okt, 2024
11:55
770
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib.
Turkdunyasi.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Quterreşi Kazan Beynəlxalq Hava Limanında Tatarıstan Respublikası Dövlət Şurasının sədri Fərid Muhametşin qarşılayıb.
Qeyd edək ki, oktyabrın 22-dən 24-dək Kazanda BRİKS-ə üzv dövlətlərin liderlərinin XVI sammiti keçirilir.