noy
2024
14:02
64

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Dostum Tramp... - Ərdoğan yazdı

6 noy, 2024
14:02
764

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən seçkilərin ilkin nəticəsinə görə qalib gələn Donald Trampı təbrik edib.
Turkdunyasi.az xəbər verir ki, Ərdoğan bu barədə şəxsi X hesabında paylaşım edib.
“Böyük mübarizədən sonra ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm.
ABŞ xalqının seçimi ilə başlayacaq bu yeni dövrdə Türkiyə-ABŞ əlaqələrinin güclənəcəyinə, Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi başda olmaqla, regional və qlobal böhranların və müharibələrin sona çatacağına ümid edirik; Daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram.
Ümid edirəm ki, seçkilər dost və müttəfiq ABŞ xalqı və bütün bəşəriyyət üçün faydalı olacaq”, - paylaşımda qeyd edilib

Bizimlə əlaqə saxlayın