9 
noy
2024
12:48
22
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Pakistanda əsgərlər hədəf alındı: 24 ölü, 44 yaralı
9 noy, 2024
12:48
622
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib.
Turkdunyasi.az xəbər verir ki, olay nəticəsində azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb.
Bəlucistan polisinin baş müfəttişi Muzzam Ca Ənsari bildirib ki, partlayışın hədəfi quru qoşunları məktəbinin əsgərləri olub. Onun sözlərinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
Polisin baş komandiri Məhəmməd Balox qeyd edib ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi güman edilir, araşdırma aparılır.
“Partlayış dəmir yolu vağzalında, qatar Pişəvərə yola düşən ərəfədə baş verib”, - Balox vurğulayıb.
Hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.