28 
noy
2024
13:11
50

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Fransada nə qədər insan Makronun istefasını istəyir? - Faiz açıqlandı

28 noy, 2024
13:11
450

Fransada vətəndaşların 63%-i Prezident Emmanuel Makronun təyin etdiyi Baş nazir Mişel Barnyenin hökumətinə etimadsızlıq votumu göstəriləcəyi təqdirdə Makronun istefasını istəyərdi.
Turkdunyasi.az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu qənaətə "Elabe" şirkətinin sorğusu əsasında gəlinib.
"Mişel Barnyenin hökumətinin istefası halında fransızların 63%-i Emmanuel Makronun respublika prezidenti postundan istefasını dəstəkləyəcək və bu da yeni prezident seçkisinin keçirilməsinə rəvac verəcək", - deyə sorğu məlumatlarında bildirilib.
Prezidentin istefasını xüsusilə sağçı Milli Birlik Partiyasının üzvləri (83%) və solçu Yeni Xalq Cəbhəsi koalisiyasının tərəfdarları (76%) arzulayırlar.
Eyni zamanda, fransızların hökumətə etimadsızlıq votumunun zəruriliyi ilə bağlı fikirləri də bölünüb: 52% Nazirlər Kabinetinin istefasını dəstəkləyib, 48% isə əleyhinə olub.
Sorğu noyabrın 26 və 27-də onlayn rejimdə aparılıb və 1 003 nəfər iştirak edib, hər hansı bir xəta qeydə alınmayıb.

Bizimlə əlaqə saxlayın