7 
dek
2024
20:00
25
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Dəməşqə əlimizi uzatdıq, qiymətini bilmədi – Ərdoğan
7 dek, 2024
20:00
725
Suriya rejimi ona uzatdığımız əlin qiymətini bilmədi.
Turkdunyasi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Nə etsək də, sırf bu səbəbdən etmişik. Qırğın və zülmdən qaçan qardaşlarımıza qapılarımızı açanda və Suriya böhranını həll etmək üçün əlimizi uzadarkən hədəfimiz bu idi. Amma Dəməşq rejimi Türkiyənin uzatdığı əlin qədrini bilmədi. Türkiyə dünən olduğu kimi bu gün də tarixin doğru tərəfindədir.
Türkiyənin Qəzzada, Livanda, Ukraynada və Suriyada sülhü təmin etmək üçün göstərdiyi səyləri bütün dünya bilir və yüksək qiymətləndirir”, - Ərdoğan bildirib.