10 
dek
2024
12:28
45

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İran Suriyada əsgərlərini itirib

10 dek, 2024
12:28
1245

Təxminən 6 min şəhid verdik, milyardlarla vəsait xərclədik və sonda Suriyanı bir həftə ərzində radikallara təslim etdik.
Turkdunyasi.az xəbər verir ki, bunu iranlı millət vəkili Məhəmməd Mənin Rəisi İran parlamentinin Suriya ilə bağlı keçirilən iclasında deyib.
Rəisi baş verənləri gözlənilməz və ağrılı nəticələr kimi dəyərləndirib.
Qeyd edək ki, İran Suriyadakı canlı itkisinə dair rəsmi statistika açıqlamaqdan çəkinir.
Buna qədər açıqlanan ən yüksək rəsmi rəqəm isə 2017-ci ildə İran Şəhidlər Təşkilatının rəhbəri Məhəmməd Əli Şəhidinin Suriyada və İraqda ümumilikdə 2 min 100 İran əsgərinin həyatını itirdiyini bildirməsi olub.

Bizimlə əlaqə saxlayın