10 
dek
2024
12:54
48

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

İsrail tankları Suriyada - Hizbullahdan sərt reaksiya!

10 dek, 2024
12:54
348

İsrailin Suriya ərazisində - istər Qolan təpələrində daha çox ərazi zəbt etməklə, istərsə də Suriya dövlətinin müdafiə qabiliyyətini vurub dağıtmaqla törətdiyi davamlı cinayətlər açıq-aşkar təcavüzdür.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Hizbullah bəyanat yayıb.
“Suriya dövlətinin və xalqının suverenliyinə hücum qardaş ölkədə sabitliyi pozmaq cəhididir”, - bəyanatda bildirilib.
Bəyanatda İsrailin Livan və Qəzzaya qarşı davam edən hücumlarına da toxunulub.
Eyni zamanda, İsrailə bütün siyasi və hüquqi sahələrdə təzyiq göstərilməsi üçün çağırışı edilib:
“Suriya və xalqına dəstəyimizi bildirməklə yanaşı, bu ölkənin torpaqlarının və xalqının birliyinin qorunub saxlanılmasının vacibliyini vurğulayırıq”.
Qeyd edək ki, İsrail tankları Qolan təpələrində bufer-zonanı keçib və Suriyanın cənubundakı Qatana qəsəbəsi yaxınlığına qədər irəliləyib.

Bizimlə əlaqə saxlayın