15 
dek
2024
10:46
32

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Tiflisdə aksiya başa çatdı

15 dek, 2024
10:46
632

Gürcüstanın paytaxtı Tiflisdə etiraz aksiyası yenidən başlayıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Məlumata görə, Rustaveli prospektində keçirilən mitinqdə ölkə Prezidenti Salome Zurabişvili də iştirak edir.
Aksiya səbəbindən şəhərin əsas yolkasının işıqlandırılması tədbiri təxirə salınıb.
Qeyd edək ki, bu gün Gürcüstan özünün yeni prezidentini (Mixail Kavelaşvili) seçib. Müxalifət və Prezident Zurabişvili seçkiləri tanımadıqlarını bəyan ediblər.
***
Tiflisin Rustaveli prospektində keçirilən etiraz aksiyası başa çatıb.
Bu barədə ölkə mətbuatı məlumat yayıb.
Bildirilir ki, təmizlik xidmətinin əməkdaşları ərazinin təmizlənməsinə başlayıb və bundan sonra nəqliyyatın hərəkəti bərpa ediləcək.

Bizimlə əlaqə saxlayın