20 
dek
2024
11:07

47

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
İsrailin Nyu-Yorkdakı konsulluğuna hücum cəhdi olub

20 dek, 2024
11:07
947
ABŞ-nin təhlükəsizlik xidməti İsrailin Nyu-Yorkdakı konsulluğuna hücum cəhdinin qarşısını alıb.
Turkdunyasi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Nyu-Yorkdakı baş konsulu Ofir Akunis məlumat verib.
"İsrail dövləti konsulluğumuza bugünkü hücum cəhdinin qarşısını almağa müvəffəq olmuş ABŞ təhlükəsizlik xidmətinin operativ fəaliyyətini və əməkdaşlığını yüksək qiymətləndirir", - deyə israilli diplomat açıqlamasında qeyd edib.
Konsulluğa hücumu həyata keçirən şəxs artıq saxlanılıb, onun İŞİD də daxil olmaqla terror təşkilatlarının tərəfdarı olduğu müəyyən edilib.