27 
apr
2025
12:42
43

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Rus generalın qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı

27 apr, 2025
12:42
643

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən İqnat Kuzin adlı şəxs Türkiyədə saxlanılıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“O, Moskvadan qaçdıqdan sonra İstanbulda saxlanılıb”, - deyə bildirilir.
Məlumata görə, İ. Kuzinin Ukraynada yaşamaq icazəsi olub.
Xatırladaq ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik həlak olub.
Fotoda İqnat Kuzin






Bizimlə əlaqə saxlayın