

E-mail: turkdunyasi.az@mail.ru
ABŞ də Faşizm üzərində Qələbə Gününü qeyd edəcək

"Birləşmiş Ştatlar İkinci Dünya müharibəsində qələbə üçün digər ölkələrdən daha çox şey edib".
Turkdunyasi.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında yazıb.
"Bir çox müttəfiqlərimiz 8 mayı Qələbə Günü kimi qeyd edirlər, lakin məhz biz qələbə üçün hər hansı digər ölkədən daha çox şey etmişik", - deyə Tramp yazıb.
Onun sözlərinə görə, ABŞ həm Birinci, həm də İkinci Dünya müharibələrini qazanıb.
"Cəsarət, güc və hərbi ustalıq baxımından amerikalılara heç kim yaxın olmayıb", - deyə o vurğulayıb.
Tramp əlavə edib ki, yenidən qələbələri bayram etməyin vaxtı gəlib.
"8 mayı İkinci Dünya müharibəsində Qələbə Günü, 11 noyabrı isə Birinci Dünya müharibəsində Qələbə Günü elan edirəm", - deyə Ağ Ev rəhbəri yazıb.
9 May - Faşizm Üzərində Qələbə Günü