14 
may
2025
16:23
40

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

İranda polislə silahlı qarşıdurma: ölənlər var

14 may, 2025
16:23
1240

İranın Sistan və Bəlucistan əyalətinin Saravan bölgəsində silahl qarşıdurma baş verib.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumata görə, polis qüvvələri ilə qarşıdurmada 24 yaşlı Rəhman Qumşadzehi və 23 yaşlı Xudabəxş Məzarzehi yerindəcə həlak olub, bir polis əməkdaşı isə yaralanıb.
"Polis qüvvələri Rəhmən Qumşadzehi və Xudabəxş Məzarzehinin olduğu avtomobilə öncədən xəbərdarlıq etmədən atəş açıblar və həmin şəxslər də polislərə müqavimət göstərib", - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın