16 
may
2025
12:00
90

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Naftalanda “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda tədbir keçirilib

16 may, 2025
12:00
990

“Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda tədbir keçirilib

Turkdunyasi.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü ilə əlaqədar “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin məsul əməkdaşları Şəhər Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, gənclər iştirak ediblər.
Çıxış edənlər ölkəmizdə bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunub[hide][/hide] saxlanılmasında da Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olduğunu diqqətə çatdırıblar. Həmçinin vurğulanıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərin, ailə institutunun möhkəmləndirilməsi və dövlət-ailə siyasətinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Ailənin cəmiyyətin əsas dayağı kimi qorunması, onun funksiyalarının gücləndirilməsi, mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Erkən və qohum nikahlarının fəsadlarından bəhs edilib, bu sahədə imzalanmış sərəncamlar və qəbul olunmuş normativ-hüquqi aktların ölkəmizdə hər bir vətəndaşın hüquq və maraqlarının qorunmasına xidmət etdiyi qeyd edilib.
Tədbirdə ailə dəyərlərini özündə ehtiva edən video materiallar nümayiş olunub.

Bizimlə əlaqə saxlayın