

E-mail: turkdunyasi.az@mail.ru
MİHİ-Yevlax Rayon Komitəsi 16 may 2025-ci il tarixdə "18 May Beynəlxalq Muzeylər Günü" ilə bağlı tədbir təşkil edib.

MİHİ-Yevlax Rayon Komitəsi 16 may 2025-ci il tarixdə "18 May Beynəlxalq Muzeylər Günü" ilə bağlı tədbir təşkil edib.
Turkdunyasi.az xəbər verir ki, Tədbiri giriş sözü ilə komitə sədri Respublikanın Əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova açaraq muzey işçilərini salamladı və peşə bayramlarını təbrik etdi.
Bəşir Səfəroğlu adına Xalq teatrlarının rejissoru Leyla Abdullayeva öz çıxışında muzey işində əməyi olan muzey əməkdaşlarından və muzey işinin təşkilindən söz açaraq əlamətdar gün münasibətilə təbrik söylədi. Tarixi Diyarşünaslıq Muzeyinin direktoru Kəmalə Mikayılova, muzeyin əməkdaşları Maya Əsgərova, Xalidə Məhərrəmova və başqaları MİHİ-Yevlax komitəsinin sədri Zöhrə Adgözəlovaya diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə etdilər. Sonda komitə rəhbərliyi tərəfindən muzey əməkdaşlarına fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.