23 
may
2025
00:51
105

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

23 may, 2025
00:51
9105

Yevlax Rayon polis şöbəsinin təşkilatçılığı ilə 4 saylı tam orta məktəbdə maarifləndirici görüş keçirilib.

Turkdunyasi.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Kamil Axundov narkotik vasitələrin səbəb olduğu fəsadlardan danışıb. Narkomaniyanın qarşısının alınması üçün görülən tədbirlər diqqətə çatdırılıb. Həmçinin kibercinayətkarlıq halları ilə üzləşməmək üçün iştirakçılara geniş məlumatlar verilib. Eləcə də, Polis Akademiyasında təhsil almaq arzusunda olanlara qəbul qaydaları haqqında ətraflı bəhs olunub. Sonda maarifləndirici video çarx göstərilib və maraq doğuran suallar cavablandırılıb.

Bizimlə əlaqə saxlayın