24 
may
2025
17:56
52

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Qalmaqallı xəstəxana direktoru axır ki, işdən çıxarıldı

24 may, 2025
17:56
952

Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Ruzvay oğlu Yahyayev işdən çıxarılıb.
Turkdunyasi.az Unikal.az-a istinadən xəbər verir ki, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Arzu Teymurovaya həvalə edilib.
Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb. O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.
Qeyd edək ki, R.Yahyayevin adı son vaxtlar qalmaqallarda hallanırdı. O, ötən ilin fevralında bir qrup şəxs tərəfindən döyülüb.

Bizimlə əlaqə saxlayın