25 
may
2025
18:05
68

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yevlax Şəhər icra başçısı Kolanı kəndində səyyar qəbul keçirib.

25 may, 2025
18:05
1468

Kolanı kəndində sakinlərin müraciətləri dinlənilmişdir

Turkdunyasi.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həllinə nail olunması məqsədilə növbəti səyyar qəbulunu rayonun Kolanı kəndində keçirmişdir.
Səyyar qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, rayonun xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən sakinlərin müxtəlif mövzularda təklif və şikayətləri dinlənilmiş, səsləndirilən məsələlərin bir qismi yerində həll olunmuş, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Bizimlə əlaqə saxlayın