

E-mail: turkdunyasi.az@mail.ru
Masallı Dövlət Regional Kollecində tədbir keçirilib.

[hide][/hide]Masallı Dövlət Regional Kollecinin sonuncu kurs tələləbələri ilə “ Ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul qaydalrının təkmilləşdirilməsi, müvafiq qəbul prosesinin elektronlaşdırılması “ mövzusunda təlim keçirilmişdir.
Təlimdə Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Hüseynova və kollecin təcrübə rəhbəri Günay Qadiyeva çıxış edərək İxtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növü olması haqqında geniş məlumat vermişdirlər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.