27 
may
2025
15:11

41

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin etdi

27 may, 2025
15:11
1241
Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev öz qohumlarına vəzifə verib.
Turkdunyasi.az Tribunainfo.az-a istinadla xəbər verir ki, fond rəhbəri xalası oğlu Mail Məmmədovu DSMF-yə icraçı direktor, bacısının həyat yoldaşı Şahin Əliyevi isə özünə müavin təyin edib.
Onların peşəkar təcrübəsinin olub-olmadığı, əvvəlki iş yeri və vəzifələri barədə də məlumat yoxdur. Bu şəxslərin əvvəllər Dövlət Sosial Müdafiə Fondunda işləyib-işləmədikləri barədə də heç bir məlumata rast gəlinmir.
Bu təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, cavab almaq mümkün olmayıb.
Qeyd edək ki, məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.