

E-mail: turkdunyasi.az@mail.ru
Əhliman Əmiraslanov: "İmtahandan sonra işdən ayrılmaq səhiyyə sistemində ciddi problemlər yaradır"

"Birinci mərhələli imtahandan sonra işdən ayrılmaq səhiyyə sistemində ciddi problemlər yaradır".
Turkdunyasi.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Əhliman Əmiraslanov parlamentdə müzakirəyə çıxarılan Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu gün Avropada və inkişaf etmiş səhiyyə sisteminə malik ölkələrdə davamlı inkişaf əsasən könüllü, motivasiyaedici və təşviqedici yanaşma üzərindən qurulub və həkimləri cəzalandırmaqdan çox, onlara inkişaf yolunu göstərmək və dəstək olmaq məqsədi güdülür:
"Lakin bir həkim imtahandan çıxmadığına görə, qanunla onun işdən uzaqlaşdırılması işin gedişatına heç bir müsbət təsir etməz. Qanunda imtahandan kəsilən həkimlər üçün fəaliyyətin tam məhdudlaşdırılması qətiyyətlə yolverilməz olduğu üçün, bugünkü reallığı nəzərə alaraq, yaxın gələcəkdə bu qanun layihəsində hansısa dəyişiklik edilməlidir".