29 
may
2025
16:32
53

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Göygöl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində görüş təşkil olunub

29 may, 2025
16:32
1253

Göygöl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində  Məişət zorakılığının qarşısının alınmasında yerli idarəetmə orqanlarının rolu mövzusunda görüş təşkil olunub

Turkdunyasi.az xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iş planına uyğun olaraq, məişət zorakılığı ilə mübarizə sahəsində yerli idarəetmə orqanlarının fəaliyyətini gücləndirmək məqsədilə "Məişət zorakılığının qarşısının alınmasında yerli idarəetmə orqanlarının rolu" mövzusunda keçirilən görüşdə dövlət qurumlarının nümayəndələri, bələdiyyə üzvləri və ictimai təşkilatlar iştirak ediblər. Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Kəmalə İbrahimova çıxışında Monitorinq qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin görüşdə məişət zorakılığının qarşısının alınması, risklərin erkən müəyyən edilməsi, zərərçəkmiş şəxslərə psixoloji və hüquqi yardım  mexanizmləri, eləcə də yerli idarəetmə orqanlarının bu prosesdə üzərinə düşən vəzifələr geniş müzakirə olunub. Görüş iştirakçıları bu sahədə maarifləndirmə və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.

Bizimlə əlaqə saxlayın