30 
may
2025
18:27
103

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Naftalanda şəhid və qazi övladları ilə görüş keçirilib-Foto

30 may, 2025
18:27
14103

Şəhid və qazi övladları ilə görüş keçirilib 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Naftalan Şəhər İcra Hakimiyyətində Şəhid və qazi uşaqları ilə görüş təşkil olunub.

Turkdunyasi.az xəbər verir ki, görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini, şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov, Şəhid və qazi övladları iştirak ediblər. 
Uşaqları bayram münasibətilə təbrik edən natiqlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Möhtərəm Prezident cənab İlham Əliyev ilə Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən dövlət siyasəti uşaqların hüquqlarını yüksək səviyyədə qoruyur.
Uşaqlara uğurlar arzulayaraq qeyd ediblər ki, onların savadlı və vətənpərvər vətəndaşlar kimi formalaşması, hərtərəfli inkişafı dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Avropa Azərbaycan Məktəbi və ŞİH tərəfindən uşaqlara hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Bizimlə əlaqə saxlayın