iyn
2025
12:43
64

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Qurban bayramı namazının vaxtı açıqlandı

2 iyn, 2025
12:43
864

Qurban bayramı namazının vaxtı məlum olub.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli məlumat verib.
Onun sözlərinə görə, məscidlərdə bayram namazı saat 08-09:00 arasında qılınacaq: “Qurban bayramı bu il iyunun 6-7-nə təsadüf edəcək. Əslində Məkkədə Həcc ziyarətində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir. Bayram namazı məscidlərdə 6 iyun səhər saat 8-9 radələrində qılınacaq”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6-sı və 7-də ölkədə Qurban bayramı qeyd ediləcək. İyunun 7-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq iyunun 9-u qeyri-iş günü olacaq. Həmçinin iyunun 8-i bazar gününə təsadüf etdiyindən ardıcıl 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.


Bizimlə əlaqə saxlayın