2 
iyn
2025
13:06

60

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib.

2 iyn, 2025
13:06
1160
Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şatıroba kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib.
Turkdunyasi.az xəbər verir ki, tədbirdə çıxış edən Masallı RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi polis mayoru İxtiyar Talıbov bildirib ki, bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilən narkomaniya günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan ağrılı bir problemidir. Bu bəlanın ayrı-ayrı fərdlərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərər isə ifadə edilməyəcək qədər çoxdur. "Ağ ölüm"ə qarşı mübarəzədə ən mühüm və effektiv addımlardan biri isə şübhəsiz ki, yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsidir.