4 
iyn
2025
11:57

46

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Lənkəranda 50 milyon manata kanalizasiya sistemi qurulacaq

4 iyn, 2025
11:57
1446
Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi üzrə işlərə başlanılıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti məlumat yayıb.
Məlumata görə, layihəyə uyğun olaraq asfalt qatının kəsilməsi və tullantı poliqonuna kənarlaşdırılması, o cümlədən, istənilən növ qruntun qazılması , yararsız qruntların tullantı poliqonuna kənarlaşdırılması, kommunikasiya xətlərinin keçilməsi və bərpası, o cümlədən mühafizə şitlərinin quraşdırılması, eləcə də mikrotunel xəttinin tikilməsi nəzərdə tutulur.
Bu işlərə 50 milyon manat xərclənməsi planlaşdırılır.