iyn
2025
04:14
37

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

DİN gücləndirilmiş iş rejiminə keçdi

6 iyn, 2025
04:14
737

Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə bağlı vətəndaşlara növbəti müraciət ünvanlayıb.

Turkdunyasi.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Müraciətdə bayram günlərində ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyi bildirilib.
İyun ayının 6-dan 10-dək respublika ərazisində - ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq, həyat təminatlı və strateji obyektlərdə təhlükəsizlik tədbirləri diqqətdə saxlanılmaqla polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Qeyd olunur ki, vətəndaşların xeyirxah əməllərini təhlükəsiz şəraitdə sanitariya, gigiyena tələblərinə əməl olunmaqla həyata keçirməsi vacibdir. Bu məqsədlə qurbanlıq heyvanların müəyyən edilmiş yerlərdən kənarda satışı və kəsiminə icazə verilməyəcək

Bizimlə əlaqə saxlayın