
Göygöl rayonunda qurban bayramı ilə əlaqədar heyvan kəsimi məntəqələrinə baxış keçirilib

Göygöl rayonunda qurban bayramı ilə əlaqədar heyvan kəsimi məntəqələrinə baxış keçirilib
İyun 6-7 tarixlərində respublikamızda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar rayon ərazisindəki heyvan kəsimi məntəqələrində heyvanların kəsimi və satışının mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarətin təşkili məqsədilə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılmış işçi qrupu tərəfindən məntəqələrə baxış keçirilmişdir.
Turkdunyasi.az xəbər verir ki, baxış zamanı işçi qrupun rəhbəri, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev və Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən Regional Bölməsinin rəisi Hüseyn Abdullazadə sahibkarlar və məsul şəxslərlə söhbət apararaq onlara Qurban bayramı günlərində vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən qurbanlıq heyvanların kəsiminin yalnız Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş kəsim məntəqələrində aparılmalı olduğunu, diri halda satışı isə həmin məntəqələrin yanında ayrılmış xüsusi yerlərdə təşkil olunmasını və qurbanlıq heyvanların bir qayda olaraq kəsim məntəqələrinin baytar həkimlərinin müayinəsindən keçirilməli olduğunu diqqətə çatdırmışdır.