iyn
2025
13:01
47

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib

9 iyn, 2025
13:01
947

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1 nömrəli tam orta məktəbdə "Narkomaniya və erkən nikahlara yox deyək!" və "Kibercinayətkarlıq və ona qarşı mübarizə üsulları" mövzusunda tədbir təşkil olunub.

Turkdunyasi.az xəbər verir ki, çıxış edən Yardımlı RPŞ-nin rəisi polis polkovniki Rauf Babaşov, rayon təhsil sektorunun müdiri Kamal Təhməzov ümumbəşəri bəla olan narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, "ağ ölümün" insan orqanizminə vurduğu zərərlərdən, cəmiyyətə, genofonda mənfi təsirlərindən danışıblar. 

Çıxışlarda kibertəhlükəsizliklə bağlı görülməli olan ehtiyat tədbirləri sadalanıb, heç bir halda fərdi və bank kartı məlumatlarını qarşı tərəfə verməmək barədə tövsiyyələr çatdırılıb.

Sonda məktəblilərin müzakirə edilən mövzularla bağlı sualları cavablandırılıb.

Bizimlə əlaqə saxlayın