10 
iyn
2025
15:00
60

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Hərbi Prokurorluğun şöbə rəisi işdən çıxarıldı - Yeni təyinat

10 iyn, 2025
15:00
960

Azərbaycan Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.

Turkdunyasi.az “Teleqraf”-a istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Kamran Əlihəsən oğlu İsgəndərov Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Digər Əmrlə həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub.

Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.

Prezident İlham Əliyevin mayın 13-ü imzaladığı Sərəncamla Bəhruz Əhmədov baş prokurorun müavini-hərbi prokuror təyin edilib.

Bizimlə əlaqə saxlayın