11 
iyn
2025
16:59
71

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.

11 iyn, 2025
16:59
1271

Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun bir neçə tam orta məktəbinin şagirdlərinin iştirakı ilə narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi polis polkovniki Məhəmməd Əhmədbəyli narkotikin insanın immun sisteminə və dünyagörüşünə vurduğu ağır fəsadlardan bəhs edib. Eləcə də erkən nikah mövzusuna da toxunan rəis bu cür halın yaratdığı problemlər haqda ətraflı məlumat verib. Gənclərə bu problemlərlə üzləșməmək üçün sağlamlıqlarının qeydinə qalmağı və yüksək savada yiyələnmələri tövsiyə olunub. 

Həmçinin tədbirdə Polis Akademiyası haqqında da dolğun bilgilər verilib. Burada təhsil almaq istəyənlər üçün yaradılmış şərait şagirdlərin diqqətinə çatdırılıb.

Bizimlə əlaqə saxlayın