27 
mar
2022
22:48
91

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İsmayıllıda məktəb tikintisi üçün ayrılmış maliyyə vəsaitinin mənimsənildiyi iddia edilir

27 mar, 2022
22:48
691

İsmayıllıda sabiq icra başçısı mərhum Mirdamət Sadıqovun zamanında tikilməsi nəzərdə tutulmuş,məktəb tikintisi pandemiya dövrünə təsadüf edir deyərək saxlandı.
Təxminən iki ay önce həmin tikintiyə yenidən start verildi və cəmisi bir neçə gün sonra yenidən saxlanıldı.
İndi isə deyirlər ki,bu tikilini dövlət neft şirkəti maliyyələşdirir və neft şirkətində bəzi yerdəyişmələr olduğu üçün yenidən saxlanılıb.
Mənbə bildirir ki, əslində bu tikili üçün ayrılmış maliyyə vəsaitinin mənimsənildiyi iddiası ilə bağlı rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib.Sanki bu məsələnin gizli qalmasını istəyirlər.
Qeyd edək ki, həmin məktəbin tikintisi Talıstan kəndinin aşağısında nəzərdə tutulmuş və hazırda həmin ərazidə tikinti tamamilə dayandırılıb.
Mənbə bildirir ki,bu tikinti işləri İsmayıllıda iki il əvvəl şəhər 6 saylı tam orta məktəbin təmirini həyata keçirmiş şirkətə həvalə olunub.Hansı ki, həmin məktəbdə sadəcə kosmetik xarakterli işlər görülmüşdür və artıq məktəbdə divarlarda çat,döşəmələrdə çokmələr və sair xoşagəlməzliklər baş verməkdədir.Ehtimal olunur ki,burada da həmin şirkət və sair yerli qurumlar yeyintilərə yol vermişdir.
İndiki halda həmin işin yenidən qeyd olunan şirkətə həvalə olunması yaxşı niyyətdən xəbər vermir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: Şimal Region TV







Bizimlə əlaqə saxlayın