may
2022
18:01
174

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İsmayıllıda məktəb müəlliməsinə qarşı iyrənc kompaniya aparılır.

1 may, 2022
18:01
12174

Turkdunyasi.az xəbər verir ki, İsmayıllı şəhəri İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Məmmədova Jalə Nadir qızı işlədiyi məktəbdə məktəb direktoru, müavinləri və sair şəxslərin ona qarşı apardığı iyrənc kompaniya barəsində Şimal Region internet televiziyası başda olmaqla ölkənin bir sıra KİV vasitələrinə müraciət edərək kömək istəyir.
 Jalə Məmmədova baş verən işlərdən Regional Təhsil idarəsinin müdiri Rövşən Əliyevin də xəbərdar olduğunu,lakin saxtakarlıq edərək böhtan atan şəxslərin tərəfindən ona qarşı fəaliyyət göstərdiyini bildirir.
 Şikayətçi müəllimə adı çəkilən tədris müəssisəsində 22 ildir ki,işlədiyini bildirir və həmin məktəbdə baş verən qanunsuzluqlar barədə ölkə KİV vasitələrinə və baş prokurorluğun korrupsiyaya qarşı baş mübarizə idarəsinə şikayət etməyə hazırlaşdığını bildirir.Şikayətçi eyni zamanda ona şər-böhtan atdığına görə bir neçə şəxsi məhkəməyə verəcəyini bildirib.
 İlkin olaraq şikayətçinin baş prokurorluq yanında korrupsiyaya qarşı baş mübarizə idarəsinə yazdığı qısa ərizəsini dərc edərək növbəti proseslərin həm KİV vasitələrində,həm də Şimal Region kanalında ictimailəşdirəcəyimizin anonsunu elan edirik.

 
 
Azərbaycan Respublikasının
Baş prokurorluğu yanında
Korrupsiyaya qarşı baş mübarizə idarəsinə.
İsmayıllı rayonu İsrayıl Həsənov adına şəhər 1saylı
Tam orta məktəbin ibtidai sinif müəlliməsi Məmmədova Jalə Nadir qızı tərəfindən

         Ərizə:

Yazıb sizə bildirirəm ki,2019-cu il iyun ayında məktəbimizdə distant onlayn qiymətləndirmə keçirildi.Əslində məktəbin rəhbərliyi şou hazırlamışdılar.Pandemiya dövrü olduğundan valideyn etiraz yazaraq övladını məktəbə göndərmədi.Həmin vaxt valideyn övladı ilə Türkiyə Respublikasında yaşayırdı.
Distant təhsildən sonra biz fevral ayında əyani təhsilə qayıtdıq.Rəsul Hacıyev adlı şagird Türkiyədə yaşadığı üçün dərsə qayıtmadı.İyun ayında biz summativ qiymətləndirmə apardıq.Biz bu haqda adıçəkilən valideynə məlumat verəndə o,gələ bilməyəcəyini bildirdi.
Valideyn sonra direktor Gündüz Qədirovla söhbətləşdi və bizdən hazır sualları alaraq həmin şagirdə göndərdi.Bütün bunlara baxmayaraq qeyd olunan şagird qiymətləndirmədə çox zəif nəticə göstərdi.Mən şagirdin göstərdiyi nəticəyə görə ona 3 qiyməti yazdım və bu göstəricilər virtual kanalda yerləşdirilib.
 Valideyn mənə dedi ki,direktorun adına dollar əskinası ilə pul köçürmüşəm və sən uşağa 5 qiyməti yazmalısan.Mən onun bu fikri ilə razılaşmadım.Bundan sonra direktor və dərs hissə müdiri mənə təzyiq göstərməyə başladılar ki,sən həmin şagirdə 5 qiyməti yazmalısan.Mən razılaşmaya nda onlar mənim 5 yaşlı uşaqlardan ibarət qrup ilə təmin olunmayacağımı bildirdilər.Valideynin 3 qiyməti ilə razı olmaması məktəb direktorunun adına özünün iddia etdiyi kimi külli miqdarda pul göndərməsi idi.
 Hörmətli prokurorluq orqanları sizdən xahiş edirəm ki, mənə bu işdə köməklik edəsiniz.Mənim həmin valideyn ilə whatsapp yazışmalarım olub və imkan daxilində onların yenidən çıxarılmasına kömək edəsiniz.Həmin valideynin məktəb direktoru,dərs hissə müdiri ilə yazışmaları var, pul köçürmələri var.
 Xahiş edirəm,bu işdəki korrupsiya əməlləri barədə araşdırma aparasınız.Mənə qarşı bütün iyrənc kompaniyalar məhz bundan sonra başladı.Mən bu kimi, bütün qanunsuz əməlləri ifşa edəcəyəm və əlimdə təkzibolunmaz faktlar var.Sizdən də xahiş edirəm bu işdə mənə kömək edəsiniz.

İmza:Jalə Məmmədova

Hörmətli izləyicilər,qeyd olunan məsələlər barədə Şimal Region kanalında daha geniş informasiya ala bilərsiniz.İzləməyi unutmayın.
Ardı var.

Qarşıtərəfidə dinləməyə hazırıq

Bizimlə əlaqə saxlayın