22 
iyn
2025
11:16
36

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bu gün dövlət qulluğu imtahanı keçiriləcək

22 iyn, 2025
11:16
936

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il iyunun 22-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçiriləcək.

Turkdunyasi.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahanda iştirak etmək üçün 1 141 namizəd qeydiyyatdan keçib.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.
İmtahan saat 11:00 və 16:00 olmaqla iki növbədə keçirilir. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahanların keçirilməsi üçün 15 imtahan rəhbəri, 77 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.

Bizimlə əlaqə saxlayın