

E-mail: turkdunyasi.az@mail.ru
Anar Tağıyev növbəti ənənəvi səyyar qəbul keçirib -Foto

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyevin növbəti ənənəvi səyyar qəbulu rayonun Havarlı kəndində keçirilmişdir
Turkdunyasi.az xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisələrin rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
ŞİH Başçısı Anar Tağıyev qəbulda iştirak edən kənd sakinlərinin müxtəlif məzmunlu müraciətlərini dinləmiş, səsləndirilən məsələlərlə bağlı qəbulda iştirak edən Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçilərinə, həmçinin aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Qəbulda iştirak edən sakinlər Ölkəmizdə, o cümlədən rayonda həyata keçirilən abadlıq quruculuq işlərindən, insanların sosial məişət vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən razılıqlarını bildirərək, bütün bunlara görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişlər.