25 
iyn
2025
17:35
19

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə

25 iyn, 2025
17:35
719

Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə
 
Qarşıdakı qeyri-iş günlərində avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Turkdunyasi.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət intensivliyinin artması fonunda qabaqlayıcı tədbirlər görməklə yanaşı səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı tövsiyə edir.

Bununla yanaşı, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməli, hərəkət zamanı sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalıdırlar.

Dəyərli sürücülər!

Yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbrli və təmkinli olun. Tövsiyələrə riayət etməklə tətil günlərinizin yaddaqalan olmasına töhfə verin!

Bizimlə əlaqə saxlayın