sen
2025
17:00
33

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Polis əməkdaşları Oğuzda ətraf mühitin mühafizəsi istiqamətində profilaktik tədbir keçirib

3 sen, 2025
17:00
733

Polis əməkdaşları Oğuzda ətraf mühitin mühafizəsi istiqamətində profilaktik tədbir keçirib

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi və sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Turkdunyasi.az-a verilən məlumata görə, tədbirlər zamanı rayonun Xaçmaz kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan şəxslər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilib.
Həmçinin, profilaktik tədbirlər çərçivəsində rayon ərazisində məişət tullantılarını tutumlardan kənar yerlərə atan 6 şəxs barəsində də polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilib.

Bizimlə əlaqə saxlayın