3 
sen
2025
22:01

1 806

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
BDU nəzdində Kollecin yeni direktoru işçinin işdən çıxmasını tələb edir?

3 sen, 2025
22:01
81 806
Bakı Dövlət Universitetinin nəzdində olan İqtisadiyyət və Humanitar Kollecə yeni təyin olunmuş direktor Hicran Əyyubova işçilərə işdən çıxmaları barədə ərizə yazmağı niyə tələb edir?
Bu barədə Turkdunyasi.az-a müraciətində Kollecin dəftərxana müdiri Nigar Haşımlı bildirib.
Nigar Haşımlının sözlərinə görə, 15 oktyabr 2024-cü ildə dəftərxana müdiri təyin olunub. Bir il sonra 9 iyul 2025-ci ildə Hicran Əyyubova həmin təhsil ocağına direktor vəzifəsinə təyin edilib.
“Təyin olunduqdan bir neçə gün sonra məni çağırdı və heç bir səbəb olmadan ərizə yazıb işdən xoşluqla çıxmağımı tələb elədi. Mən ona bildirdim ki, himayəmdə 2 və 6 yaşları olan iki azyaşlı körpə övladlarım var bura mənim yeganə iş yerimdir Onun bu təklifindən imtina etdim. Bundan sonra Direktor mənə qarşı təzyiqlərə başladı”- deyə N.Haşımlı bildirib. Nigar Haşımlının redaksiyamıza göndərdiyi şikayəti olduğu kimi təqdim edirik.
Mən Haşımlı Nigar İsmayıl qızı 15.10.2024-cü ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə dəftərxana müdiri vəzifəsində işləyirəm. İşlədiyim dövr müddətində kollecin əvvəlki direktoru ilə heç bir problemim olmayıb. İşimdə hər zaman məsuliyyətli və diqqətli olmuşam.
09.07.2025-ci il tarixdə kollecə Hicran Əyyubova 3 aylıq (müvəqqəti) direktor təyin olunub.
Təyinatından bir neçə gün sonra məndən heç bir səbəb olmadan ərizəmi yazıb işdən çıxmağımı tələb edib. Mən Hicran Əyyubovanın qanunsuz tələbi ilə razılaşmadım. Hicran Əyyubova məni işdən çıxara bilmədiyi üçün mənə qarşı təziqlərə başlamışdır. Belə ki, İlk öncə mənim maaşa olan əlavəm kəsildi. Bunun səbəbini soruşduqda, büdcədə pulun qalmadığını bildirdi. Lakin Kollecin bütün işçilərinə maaşa olan əlavə verilib. Axı necə ola bilər ki əvvəlki rəhbərin dövründə büdcədə pul var idi, Hicran Əyyubova gəldikdən sonra pul bitdi?
Dəfələrlə əmək məzuniyyəti və ödənişsiz məzuniyyət üçün ərizə ilə müraciət etmişəm, lakin rədd cavabı almışam. Pozulan əmək hüquqlarımın bərpası üçün Azərbaycanın Respublikasının I-ci vitse prezidenti xanım Mehriban Əliyevaya, Dövlət Əmək Müfəttişliyinə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə məktubla müraciət etmişəm.
Görünür ki, Hicran Əyyubova Tovuz Dövlət Sosial-İqtisadi kollecində həyata keçirdiyi qanunsuzluqları Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə də həyata keçirir. Kollecin tütoru işdə etdiyi xırda səhvə görə təhdid olunub ərizə yazmağa məcbur edildi. Direktor işçinin yeni və təcrübəsiz olduğunu nəzərə almayaraq işçini əmək məcəlləsinin müvafiq maddəsi ilə işdən çıxaracağı və bir də heç bir yerdə iş tapa bilməyəcəyi ilə təhdid etmişdir. İşçinin gün ərzində ərizəsini geri götürmək hüququ vardır. Lakin Hicran Əyyubova ərizəni qəbul etməyib tütoru qanunsuz olaraq işdən azad etmişdir.
Hicran Əyyubovanın şəxsi istək və arzusundan irəli gələn idarəçiliyindəki fəsadlı əməlləri, qanun pozmaları və sənəd saxtakarlıqları Tovuz Dövlət Sosial-İqtisadi kollecdəki rəhbərlik dövründə xəbər saytlarında geniş ictimayiləşdirilib. Tovuz kollecində rəhbərliyi dövründə etdiyi qanunsuz ixtisarlar, təhdidlər, çıxarılan müəllimlərin və işçilərin məhkəmə müraciətləri buna sübutdur. Hicran Əyyubova Tovuz kollecində fəaliyyətinin ilk aylarında yol verdiyi nöqsanlara görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şiddətli töhmətlə cəzalandırılmışdır. Lakin bu belə onun qanunsuz əməllərinə mane olmamışdır. Tovuz Dövlət Sosial-İqtisadi kollecin müəllimləri İsayeva Aygün Müslüm qızı, Vəliyevə Aynur Mirzəli qızı İbrahimova Əsmər Akif qızı, İbrahimov Abdulla Akif oğluda qanunsuz olaraq işdən çıxarıldıqları üçün Hicran Əyyubovanı məhkəməyə vermişdir.
Hicran Əyyubovanın qanunsuz əməlləri, sənəd saxtakarlıqları haqqında saysız-hesabsız ölkə mətbuatında məqalələr, dərc olunmasına, şikayətlər olmasına baxmayaraq, yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edir.
Məsələ ilə əlaqədar kollecin direktoru Hicran Əyyubovanında mövqeyini öyrəndik. Turkdunyasi.az-ın sorğusuna cavab olaraq Hicran Əyyubova bildirdi ki, BDU nəzdində İqtisadiyyat və Humanitar Kolleci PHŞ-yə direktor təyin olunduqdan sonra Kollecdə audit yoxlaması aparılmışdır. Bir sıra nöqsanlar aşkarlanmışdır, onlardan biri də kadr siyasətinin düzgün aparılmaması olmuşdur. Bütün proses Elm və Təhsil Nazirliyinin nəzarətindədir. Tərəfimizdən hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib və hal hazırda Nigar Haşımlı öz vəzifəsində çalışır.