sen
2025
15:18
111

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Nazir Vilayət Eyvazov Naftalanda vətəndaşların müraciətlərini dinləyib-Foto

4 sen, 2025
15:18
11111

Nazir Vilayət Eyvazov Naftalanda vətəndaşların müraciətlərini dinlədi və sıra baxışı keçirdi
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 3-4-də Naftalan Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Turkdunyasi.az xəbər verir ki, Nazir əvvəlcə Naftalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra rayon polis şöbəsinin inzibati binasında Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı, Kəlbəcər, eləcə də digər şəhər və rayonlardan gələn 172 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə ciddi tapşırıqlar verib. Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Vətən müharibəsinin 16 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 121 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Bizimlə əlaqə saxlayın