10 
sen
2025
14:10
14

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

ŞİMALREGİON.AZ İNFORMASİYA PORTALI BƏYAN EDİR.

10 sen, 2025
14:10
614

ŞimalRegion.az İnformasiya Portalının baş redaktoru olaraq bəyan edirəm ki,Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan Quliyeva Gültəkin Sərvan qızı 21.07.2025- ci il tarixində rəsmi ərizə ilə informasiya portalımızda ictimai müxbir kimi işləmək üçün müraciət etmişdir.Adı çəkilən şəxs ərizəsində bir sıra öhdəliklərə əməl edəcəyini bildirmiş və imzası ilə təsdiq etmişdir.
Ancaq Quliyeva Gültəkin Sərvan qızı fəaliyyəti dövründə xeyli kobud səhflərə yol vermiş, baxmayaraq ki, bu haqqda tərəfimizdən ona xəbərdarlıq olunmuş, ancaq şəxs öz yolundan dönməmiş və bu gün də bu qərəzli fəaliyyətində israr edir.
Hesab edirik!
ŞimalRegion.az informasiya portalının Qarabağ bölgəsi üzrə ictimai müxbiri Quliyeva Gültəkin Sərvan qızı üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuşdur.
1.Kiv haqqında qanunun tələblərindən kənara çıxıb.
2.Rəhbərliyin tapşırıq ,tələb və qanuni tələblərinə əməl etməyib,hətta tabesizlik nümayiş etdirib.
3.Fəaliyyəti dövründə qeyri-qanuni hərəkətlərə, paylaşım və fikirlərə yol verib.
4.ŞimalRegion.az informasiya portalının fəaliyyətinə xələl gətirib.
5.Dövlətə,dövlətçiliyə layiq olmayan davranışlar nümayiş etdirib,ictimaiyyəti çaşdıran,qeyri-səhih məlumatları araşdırma aparmadan özünün Tik-Tok səhifəsi üzərindən ŞimalRegion .az informasiya portalının adından paylaşıb.
Odur ki,10 Sentyabr 2025-ci il tarixindən etibarən Quliyeva Gültəkin Sərvan qızı ilə fəaliyyətimizə xitam veririk.Bütün dövlət qurumları və ictimaiyyətə müraciət edərək bildiririk ki,adı çəkilən şəxsin ŞimalRegion.az informasiya portalına heç bir aidiyyatı yoxdur.Əgər yenidən qeyd olunan şəxs bizə istinadən hər-hansı xəbər paylaşarsa hüquq-mühafizə orqanlarına müraciət edəcəyik.Sonda Gültəkin Sərvan qızı Quliyevanın müraciət məktubunu dərc edirik.
Hörmətlə baş redaktor Elçin İsmayıllı

Bizimlə əlaqə saxlayın