

E-mail: turkdunyasi.az@mail.ru
İsmayıllı RMX-da hamilə xanıma qarşı sayğısızlıq edilib?

Bu gün evdən ailə uşaq gedib İsmayıllı mərkəzi xəstəxanasına (xarabaya), 2 nəfər qoçu düşüb insanların üstünə, qışqırıb bağırmaq falan, mühafizəçidirlər güya kişilər. Sistem çöküb deyirlər, saatlarla hamilə xanımları ayaq üstdə bilərəkdən gözlədilər. Bu mühafizəçilər birbaşa baş həkimi və Onun özbaşınalıqlarını qoruyur, başqa adı yoxdur bunun.
Turkdunyasi.az xəbər verir ki, bu sözləri Rəşad İsgəndər öz "Facebook" sosial şəbəkə hesabında yazıb. R. İsgəndər qeyd edir ki, həyat yoldaşım israrla deyib baş həkimi çağır düşüb cavab versin etdiyiniz hörmətsizliyə, diyəsən qorxublar, sonra xəstəni yola salıblar. Videogörüntü var, başqa hamilə xanımlar düşüb videoda, ana bacımız olsunlar, ona görə paylaşmıram, amma adamın mənliyi, qeyrəti olar, Sizin də hər birinizin arvadı qızı var, Vallah sadə vətəndaş hansısa məmur arvadına uşağına biraz səsini bərk çıxarsa, 10il ən azı həbs gülü burnundadı! TƏBİB-dən xahiş edirəm bu korrupsiya yuvası, bu xaraba qalmış İsmayıllı xəstəxanasına nəzarət edin, canımızı boğazımıza yığıblar artıq. Nə qadın bilirlər, nə uşaq, nə vətəndaş, hərə öz kefindədir. Biz vətəndaşların verdiyi vergi pulları ilə Dövlətdən havayı maaş alacaq, vətəndaş da əziyyətdə qalacaq? Yoxdur elə şey! Nəzarətinizi gücləndirin.mən şəxsən buraya baş prokurorluğun rəsmi səhivəsini də etiketləyərəm, əlavə də ayrı-ayrı korrupsiya əməllərini də yazaram, amma görürsünüz onu etmirəm, vətəndaşlara normal xidmət edin! Deyə Rəşad İsgəndər qeyd edib.
Qarşı tərəfin də, mövqeyini işıqlandırmağa hazırıq