28 
mar
2022
21:21
71
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Operativ Qərargah koronavirusla bağlı məlumat YAYDI
28 mar, 2022
21:21
671
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 766 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 788 nəfər müalicə olunaraq sağalıb, 9684 nəfər vəfat edib, aktiv xəstə sayı 294 nəfərdir.
Ölkədə son sutka ərzində 2 285, hazırkı dövrədək isə 6 687 581 test aparılıb.