17 
sen
2025
10:58
9

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA

17 sen, 2025
10:58
79

Sentyabrın 17-si saat 09:00-a olan faktiki hava açıqlanıb.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağır.
Düşən yağıntının miqdarı Lənkəranda 21, Astarada 15, Lerikdə 12, Qobustan, Şamaxı, Qəbələdə 9, İmişli, Biləsuvar, Cəlilabad, Kürdəmirdə 8, Neftçala, Yardımlı, Altıağac, İsmayıllı, Daşkəsən, Tərtər, Mingəçevir, Zərdab, Göyçay, Biləsuvar, Ağsu, Sabirabad, Naftalan, Oğuz, Yevlax, Xaltan, Gədəbəy, Sarıbaş (Qax), Ağstafa, Göygöl, Quba, Qusar, Kəlbəcər, Goranboy, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və Abşeron yarımadasında 4 mm-dək qeydə alınır.
Sumqayıt, Daşkəsən, Naftalan, Göygöl, Sarıbaş (Qax), Şəmkir, Şamaxı, Qrız, Yevlax, Lerik, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bizimlə əlaqə saxlayın