17 
sen
2025
13:06

95

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
İcra Hakimiyyətinin Başçısı Şəhid övladını evində ziyarət edib.

17 sen, 2025
13:06
995
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Aşağı Qarxun kəndində 44 günlük Vətən Müharibəsi Şəhidi Özal Yusiflinin ailəsini övladı Sahibə Yusiflinin birinci sinfə getməsi münasibətilə evində ziyarət etmişdir.
Turkdunyasi.az xəbər verir ki, ziyarət zamanı Şəhər rəhbəri ailənin sosial qayğıları ilə maraqlanmış, Şəhidin övladını təbrik edərək, ona gələcək təhsil həyatında uğurlar arzulamışdır.
Qeyd edək ki, Özal İdris oğlu Yusifli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Şəhid Özal Yusifli ailəli idi, 1 övladı var.


