18 
sen
2025
00:30

23

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Hicran Əyyubova – İşinin Peşəkarı, Fədakar Təhsil İşçisi

18 sen, 2025
00:30
1223
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecin direktoru Hicran Əyyubova – İşinin Peşəkarı, Fədakar Təhsil İşçisi!
Təəssüf ki, bir neçə gündür ki, adı çəkilən təhsil ocağının dəftərxana müdiri vəzifəsində çalışan Nigar Haşımlı bəzi xəbər saytlarına Hicran Əyyubova haqqında həqiqətə uyğun olmayan və absurd məlumat verərək H. Əyyubova haqqında cəmiyyətdə mənfi fikir formalaşdırmağa çalışırlar. Belə ki, Nigar Haşımlı iddia edir ki guya kollecin direktoru Hicran Əyyubova onu məcbur edir ki, könüllü şəkildə ərizə yazıb işdən çıxsın. Lakin Nigar Haşımlı bu iddiaya əsasən heç bir tutarlı fakt və təkzib olunmaz sübut göstərmir. Əlbəttə ki, hər bir şikayət və iddia ciddi faktlara söykənməlidir, o cümlədən əsaslı dəlil olmalıdır. Lakin göründüyü kimi, Nigar Haşımlının işdən çıxarılmasına dair səsləndirdiyi iddiaya əsasən heç bir tutarlı fakt, sübut göstərmir. Buda onu deməyə əsas verir ki, Nigar Haşımlının Hicran Əyyubova haqqında səsləndirdiyi fikirləri şər-böhtandan başqa bir şey deyil. Unutmaq olmaz ki, Allah ucaldanı bəndə alçalda bilməz!
Heç kimə sirr deyil ki, Azərbaycan xalqının inkişaf yolunda təhsil hər zaman strateji bir sahə kimi xüsusi önəm daşıyıb. Çünki elm və təhsilin inkişafı, gənclərin yüksək bilik və bacarıqlara yiyələnməsi, ölkənin gələcək intellektual potensialının möhkəmlənməsi deməkdir. Bu sahədə çalışan hər bir pedaqoq, hər bir təhsil təşkilatçısı dövlətin və xalqın gələcəyinə xidmət edir. Belə fədakar insanlardan biri də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecin direktoru, təcrübəli pedaqoq və idarəçi Hicran Əyyubovadır.
Onun fəaliyyəti yalnız rəhbərlik etdiyi təhsil ocağının uğurları ilə məhdudlaşmır, həm də pedaqoji kollektivə, tələbələrə və bütövlükdə cəmiyyətə göstərdiyi qayğı ilə dəyərlidir. Peşəkarlığı, fədakarlığı və sadiqliyi ilə seçilən Hicran Əyyubova bu gün Azərbaycan təhsil sistemində parlaq simalardan biri kimi tanınır.
Hicran Əyyubovanın təhsil sahəsindəki fəaliyyəti uzun illərin zəhməti, ardıcıl axtarışları və müasir dövrün tələblərinə cavab verən idarəçilik bacarıqları ilə formalaşıb. O, İqtisadiyyat və Humanitar Kollecə rəhbərlik etdiyi müddətdə tədrisin keyfiyyətinə, müəllim-tələbə münasibətlərinin sağlam zəmin üzərində qurulmasına və müasir təhsil islahatlarının kollecdə uğurla tətbiqinə nail olub.
Onun rəhbərliyi ilə kollecdə müəllimlərin peşəkarlığının artırılması üçün müxtəlif təlimlər təşkil olunur, gənc mütəxəssislərin inkişafına xüsusi diqqət ayrılır. Hicran xanım yaxşı bilir ki, güclü təhsil ocağının əsas dayağı pedaqoji heyətin bilik və bacarığıdır. Buna görə də o, hər zaman müəllimlərin dəstəkçisi olub, onların elmi və peşəkar inkişafı üçün şərait yaradıb.
Hicran Əyyubovanın fəaliyyətində ən önəmli istiqamətlərdən biri tələbələrə göstərdiyi qayğıdır. O, yaxşı anlayır ki, hər bir tələbə yalnız biliklə deyil, həm də mənəvi dəstəyə ehtiyac duyur. Bu səbəbdən kollecdə daim tələbələrin sosial problemlərinə diqqət göstərilir, onların təhsil prosesində qarşılaşdıqları çətinliklər aradan qaldırılır.
Tələbələrin tədris mühiti ilə yanaşı, mədəni və sosial inkişafına da xüsusi diqqət yetirilir. Onların müxtəlif layihələrdə iştirakına dəstək verilir, idman və mədəni tədbirlərdə fəallığı təşviq olunur. Hicran xanım tələbələrin öz arzularını reallaşdırmaları üçün hər zaman arxalarında dayanan bir rəhbərdir.
Azərbaycan xalqı Vətən müharibəsində möhtəşəm Zəfərə imza atdı. Bu tarixi Qələbənin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyev, qəhrəman ordumuz və xalqımız oldu. Bu zəfərin qazanılmasında şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı böyük rol oynadı. Ona görə də şəhid ailələrinə və qazilərə diqqət göstərmək hər bir azərbaycanlının mənəvi borcudur.
Hicran Əyyubova da bu mövqeyi öz həyat prinsipi kimi qəbul edib. Onun rəhbərliyi ilə kollecdə şəhid övladlarına xüsusi diqqət göstərilir, onların təhsil haqqı, sosial təminatı ilə bağlı məsələlərdə həssas yanaşma sərgilənir. Qazilərimiz də kollecdə daim hörmət və ehtiramla yad olunur, onların təcrübələrindən gənclərin vətənpərvərlik tərbiyəsində istifadə edilir.
Cəmiyyətin sosial həssas təbəqələrinə qayğı göstərmək dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, hər bir vətəndaş dövlətin diqqət mərkəzindədir. Hicran Əyyubova bu siyasəti öz fəaliyyətində tətbiq edərək aztəminatlı ailələrin övladlarına da dəstək göstərir. Onların təhsildən kənarda qalmaması üçün hər cür şərait yaradır, tələbələrin təhsilini uğurla davam etdirmələri üçün qayğı göstərir.
Hicran Əyyubova yalnız bir təhsil təşkilatçısı deyil, həm də dövlətçilik mövqeyi ilə seçilən ziyalıdır. O, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir, xüsusilə də təhsil sahəsinə göstərilən qayğını yüksək qiymətləndirir.
Son illərdə ölkəmizdə təhsilin inkişafı üçün həyata keçirilən layihələr – məktəb və kolleclərin yenidən qurulması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması – Hicran xanımın fəaliyyətinə də birbaşa təsir göstərib. O, bu imkanlardan səmərəli istifadə edərək rəhbərlik etdiyi kolleci ölkənin qabaqcıl təhsil ocaqlarından birinə çevirib.
Təəssüf ki, bu gün cəmiyyətdə fədakar fəaliyyət göstərən insanların uğurlarına kölgə salmaq istəyən qüvvələr də var. Hicran Əyyubova haqqında bəzi saytların böhtan xarakterli yazılar dərc etməsi də məhz bu məqsədə xidmət edir. Lakin reallıq ondan ibarətdir ki, onun fəaliyyəti pedaqoji kollektivin, tələbələrin və ictimaiyyətin rəğbətini qazanıb.
Əslində belə böhtanlar Hicran xanımın nüfuzuna xələl gətirə bilmir, əksinə onun işinə verdiyi dəyərin sübutudur. Çünki işini peşəkarlıqla görən, dövlət siyasətinə sadiq olan hər bir insanın uğuru bəzilərini narahat edə bilər. Ancaq həqiqət həmişə öz sözünü deyir.
Hicran Əyyubova öz fəaliyyəti ilə göstərir ki, təhsil işçisi olmaq sadəcə bir peşə deyil, həm də bir missiyadır. Onun rəhbərliyi ilə kollecdə gənclərin yüksək təhsilli, milli dəyərlərə sadiq, vətənpərvər və yaradıcı şəxslər kimi formalaşması üçün hər cür şərait yaradılıb.
O, həm pedaqoji heyətin, həm də tələbələrin sevimlisi kimi tanınır. Çünki Hicran xanımın qapısı hər kəs üçün açıqdır, onun diqqət və qayğısı hər bir kollektiv üzvünə şamil olunur.
Azərbaycan təhsilinin inkişafında Hicran Əyyubova kimi fədakar insanların rolu böyükdür. O, işinin peşəkarı olmaqla yanaşı, həm də pedaqoji kollektivə, tələbələrə, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ilə seçilir. Onun fəaliyyəti dövlət siyasətinə sadiqliyin, təhsilə sevginin və insani dəyərlərə bağlılığın nümunəsidir.
Bütün bunlar Hicran Əyyubovanı sadəcə bir təhsil rəhbəri deyil, həm də cəmiyyət üçün dəyərli ziyalıya çevirir. O, fədakar təhsil işçisi olaraq, Azərbaycan gənclərinin savadlı, vətənpərvər və dünyagörüşlü yetişməsinə xidmət edir. Bu isə onun ən böyük uğuru, ən ali mükafatıdır