19 
sen
2025
14:49
100

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

19 sen, 2025
14:49
9100

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

“Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədi ilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Turkdunyasi.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik.

Bizimlə əlaqə saxlayın