22 
sen
2025
18:09
48

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Aeroportda həyəcan siqnalı: Təyyarə təcili eniş etdi

22 sen, 2025
18:09
1248

Heydər Əliyev Beynəlxalq Hava Limanında bomba təhlükəsi ilə bağlı sərnişinlər və personalın evakuasiya olunduğu haqda məlumat yayılıb.

Turkdunyasi.az xəbər verir ki, Teleqram kanallarının yaydığı məlumatla bağlı Bakı hava limanından Axar.az-a bildirilib ki, bu barədə rəsmi açıqlama veriləcək.
***
Bu gün Ankara-Bakı müntəzəm reysini həyata keçirən Türkiyənin "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.
Bu barədə hava limanı məlumat yayıb.
Məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib.
Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.
"Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Hadisə aeroportun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın