26 
sen
2025
23:26
159

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yevlaxda 27 Sentyabr-Anım Günü ilə əlaqədar tədbir keçirilib

26 sen, 2025
23:26
12159

Yevlaxda 27 Sentyabr-Anım Günü ilə əlaqədar tədbir keçirilib

YAP Yevlax rayon təşkilatının inzibati binasında 27 Sentyabr-Anım Günü ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” adlı tədbir keçirilmişdir.

Turkdunyasi.az xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailəsinin üzvləri, müharibə əlilləri, veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan xalqının qürur və şərəf tarixi olan 27 Sentyabr-Anım Günü ilə əlaqədar videoçarx nümayiş etdirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək, bildirdi ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirib və yumruq kimi birləşərək Şanlı Zəfər əldə etmişdir. Qeyd edilmişdir ki, Ulu Öndər Heydər Əliyev ölkəmizi böyük təhlükələrdən xilas edib, müasir və müstəqil dövlətimizin əsasını qoyub. Möhtərəm Prezident İlham Əliyev isə bu qüdrətli dövləti-müasir Azərbaycanı sürətli inkişaf yoluna, dünyanın ən güclüləri sırasına çıxardıb. Əldə etdiyimiz parlaq Zəfərlə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tarixi missiyanı, dahi Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Qeyd eidlib ki, bu müqəddəs yolda həlak olan qəhrəman şəhidlərimizin əziz xatirəsi əbədi olaraq xalqımızın qəlbində yaşayacaq, əziz tutulacaq. Bu gün Ulu Öndərin ruhu şaddır, çünki Vətən müharibəsindəki Qələbə və suverenliyimizin bərpası məhz Ulu Öndərin ideyalarının təntənəsidir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısnın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin güclü siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Yenilməz Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Heç şübhəsiz, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Vurğulanıb ki, parlaq Qələbə qazanan Azərbaycan xalqı hər zaman bu şanlı tarixi ilə fəxr edərək, mühüm tarixi günlərimizi ehtiramla və qürurla qeyd edəcəkdir.
Tədbirdə çıxış edən Vətən Müharibəsi şəhidi Emin Kazımovun atası Fərman Kazımov, Yevlax şəhər 3 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova, Vətən müharibəsinin və 2023-cü il Antiterror əməliyyatının iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant İlkin Möhsümlü və Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinin müvəqqəti icraçısı Sevda Əliyeva qeyd ediblər ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilmədi. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. İllərlə öz doğma sakinlərini gözləyən doğma torpaqlara həyat qayıdır, insanlar qayıdır. Biz daim Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşəcək, çiçəklənən ölkəmizi birlikdə qoruyacağıq.

Bizimlə əlaqə saxlayın