27 
sen
2025
11:31

43

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Dövlət rəsmiləri Zəfər abidəsini ziyarət edir

27 sen, 2025
11:31
1343
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb.
Turkdunyasi.az xəbər verir ki, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət edir, Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyurlar.
Baş nazir Əli Əsədov başda olmaqla Nazirlər Kabinetinin əməkdaşları, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova və deputatlar, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, müavini Mədət Quliyev Zəfər parkını ziyarət ediblər.