

E-mail: turkdunyasi.az@mail.ru
27 Sentyabr-Anım Günü Yevlaxda qeyd olundu

27 Sentyabr-Anım Günüdür
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Turkdunyasi.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 Sentyabr-Anım Günü münasibətilə tədbir keçirilmişdir.Yevlax Şəhidlər Xiyabanında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak etmişlər.
Ziyarət zamanı Şəhidlərimizin xatirəsinə ucaldılmış Abidənin və Şəhid məzarlarının önlərinə gül-çiçək dəstələri düzülmüş, şəhidlərimizin müqəddəs xatirəsi dərin hörmətlə yad edilmişdir.